kanal1

Bu gün El-Klasiko olacaq

Tarix:12-01-2022, 15:00
Baxış Sayı:254

Bu gün El-Klasiko olacaq


Bu gün futbol üzrə İspaniya Super Kubokuna start veriləcək.

Report məlumatına görə, Superkubok tarixdə ilk dəfə 4 komandanın iştirakı ilə gerçəkləşəcək.

İlk yarımfinal oyununda "Real Madrid" "Barselona" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü ilə qarşılaşacaq.

İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 247 "El Klasiko"nun 99-da paytaxt klubu, 96-da Kataloniya təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.

"El Klasiko"larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanları - Lionel Messi və Serxio Ramosdur.

Hazırda Fransanın PSJ klubunda çıxış edən oyunçular 45 dəfə meydanda olublar. Kataloniya təmsilçisindən Paris komandasına keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Sərhədləri aşan MOLLA ƏXLAQSIZLIĞI... - NƏ ETMƏLİ?
Sərhədləri aşan MOLLA ƏXLAQSIZLIĞI... - NƏ ETMƏLİ?
Xankəndi məsələsi aydınlaşır: “Pasportumuzu almağa hazırdılar” - NƏ BAŞ VERİR?
Xankəndi məsələsi aydınlaşır: “Pasportumuzu almağa hazırdılar” - NƏ BAŞ VERİR?
İran Ermənistanla niyə "qardaş" olub? - Gürcüstan variantı daha zəif oldu deyə...
İran Ermənistanla niyə
Paşinyan Putindən QIRILA BİLƏCƏKMİ... - Görünəni odur ki...
Paşinyan Putindən QIRILA BİLƏCƏKMİ... - Görünəni odur ki...
İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Baş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi
Baş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi
"Bilmədim, bir də olmaz..." - Taksi sürücüləri saxlanıldı