kanal1

Ermənistan Kəlbəcərdə növbəti təxribat törətdi - FOTO/VİDEO

Tarix:15-11-2021, 12:16
Baxış Sayı:17

Ermənistan Kəlbəcərdə növbəti təxribat törətdi - FOTO/VİDEO


Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.
Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

"Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - Müdafiə Nazirliyindən bildirilib.



Ermənistan Kəlbəcərdə növbəti təxribat törətdi - FOTO/VİDEOErmənistan Kəlbəcərdə növbəti təxribat törətdi - FOTO/VİDEOErmənistan Kəlbəcərdə növbəti təxribat törətdi - FOTO/VİDEOErmənistan Kəlbəcərdə növbəti təxribat törətdi - FOTO/VİDEOErmənistan Kəlbəcərdə növbəti təxribat törətdi - FOTO/VİDEO

Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
Azərbaycanda "Avro-5" istehsalına başlanılır
Azərbaycanda
Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO
Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı
Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı
Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO
Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO
Oksana Şəhriyarla evli olduğunu bu səbəbdən gizlədibmiş - VİDEO
Oksana Şəhriyarla evli olduğunu bu səbəbdən gizlədibmiş - VİDEO
Azərbaycanda daha bir polis faciəvi şəkildə ölüb - FOTOLAR
Azərbaycanda daha bir polis faciəvi şəkildə ölüb - FOTOLAR