kanal1

10 nəfərlə bundan artığını edə bilməzdik - Canni De Byazi

Tarix:12-11-2021, 09:30
Baxış Sayı:15

10 nəfərlə bundan artığını edə bilməzdik - Canni De Byazi


Jurnalist olsaydım, özümə sual verərdim ki, 70 dəqiqə 10 nəfərlə oynayandan sonra özünü necə hiss edirsən? Cavab verərdim ki, çox pis. İlk buraxdığımız qolda rəqibə məhsuldar ötürmə verdik. 2-ci qoldan sonra balans itdi, mübarizə aparmaq çətinləşdi. Fərqi azaltdıqdan sonra oyuna qayıtdıq və 2 yaxşı fürsətimiz oldu. Fikirləşirəm ki, 10 nəfərlə bundan artığını edə bilməzdik.

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Lüksemburq yığmasına 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Toral Bayramovla Abbas Hüseynovun heyətdə olmaması yığmanın çıxışına təsir etdi: "Hər ikisi aparıcı futbolçudur, UEFA Konfrans Liqasında qol vurmuşdu. Komandanın oyununda inkişaf görürük. Nəticə üçün bizə yalnız vaxt kömək edə bilər. Planlı şəkildə işləmək lazımdır".

65 yaşlı baş məşqçinin sözlərinə görə, milli komanda onun rəhbərliyi altında 19 oyun keçirib: "Bu, nə çoxdur, nə də azdır. Qrupda bizdən güclü komandalar çox idi. Hətta bu gün uduzduğumuz Lüksemburq da bizdən yaxşıdır. Milli komandaya rəhbərlik etmək asan iş deyil. Bəlkə də kimsə mənim məşqçi biliyimə, ağlıma şübhə edə bilər. Amma mən özümdən əminəm. Bilirəm ki, burada əlimdən gələnin 100 yox, 101 faizini etmişəm. Sadəcə, müəyyən problemlər var. Uzun müddət birlikdə oynamaq imkanımız olmur".

O, oyuna azarkeş və ya jurnalist kimi baxmaqla baş məşqçi kimi baxmağın tamam fərqli olduğunu söyləyib: "Düzdür, nəticə çox vacibdir. Sabah oyuna təkrar baxıb analiz etsəniz, inkişafı görə bilərsiniz. Son oyunlarda öz meydançamızda 3 qol buraxırıq. Bu, heç kim üçün xoş deyil. Amma reallıq başqa cürdür. İnkişaf nəzərə çarpır".

De Byazi deyib ki, belə bir oyundan sonra müqavilə barədə danışmağın mənası yoxdur: "Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam".

Təcrübəli mütəxəssis Tellur Mütəllimovun qırmızı vərəqə görməsinə də toxunub: "Azlıqda qalmağımız yaxşı hal deyil. Ümumiyyətlə, hakimlikdən narazı qaldım. Rəqib xeyli qayda pozuntusuna yol versə də, referi onları cəzalandırmırdı. Mənə bir şey də maraqlıdır ki, bu gün 11 nəfərlə oynasaydıq, nəticə necə olardı? Bayram günlərini davam etdirmək istəyirdik. Təəssüf ki, alınmadı. Azlıqda qalmağımız bizə çətinlik yaratdı".

Prezident Soçi görüşündən danışdı
Prezident Soçi görüşündən danışdı
Vəli Ələsgərov həbsdə vəfat etdi
Vəli Ələsgərov həbsdə vəfat etdi
Saakaşvili məhkəməyə gətirildi - Fotolar + Yenilənir
Saakaşvili məhkəməyə gətirildi - Fotolar + Yenilənir
DİN sürücülərə müraciət edib
DİN sürücülərə müraciət edib
Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
Azərbaycanda "Avro-5" istehsalına başlanılır
Azərbaycanda
Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO