kanal1

Çingiz Abdullayev: Əgər bunu anlamırlarsa, onlara ar olsun

Tarix:4-11-2021, 15:30
Baxış Sayı:18

Çingiz Abdullayev: Əgər bunu anlamırlarsa, onlara ar olsun


Xalq yazıçısı Çingiz Abdullayevin “Birinci Qarabağ mhüaribəsi olmayıb” açıqlaması günlərdir cəmiyyətin müxtəlif təbəqələrində müzakirə olunur. Yazıçı bu fikirləri həmin dövrdə vahid ordunun olmaması ilə əsaslandırılsa da, onun dedikləri tənqid hədəfinə çevrilib. Hətta bəzi sosial şəbəkə istifadəçiləri bunu şəhid və qazilərə hörmətsizlik kimi qiymətləndirərək, yazıçıdan üzr istəməyi tələb ediblər.

Haqqında yazılan tənqidlərlə bağlı Ç.Abdullayevin münasibətini öyrənmək üçün ona müraciət etdik. Xalq yazıçısı Ölkə.Az-a açıqlamasında bu sözləri deyib:

“Münasibətim belədir: erməni ensiklopediyasında yazılıb ki, Dağlıq Qarabağ ordusu Azərbaycan Ordusunu birinci müharibədə darmadağın edib. Mən bununla razı deyiləm. Hesab edirəm ki, bizim ordumuz olmayıb, onlar bizi darmadağın etməyiblər. Amma şəhidlər, qazilər bizdə lap çox olublar. Nə silahımız olub, nə ordumuz, nə də hakimiyyət. Mən istəmirəm ki, yenə erməni mifi yaransın və qalsın. Əgər ordumuz var idisə, Xocalıda niyə yox idilər? Mən deyirəm ki, ermənilər ruslardan istifadə edib bizim torpaqlarımızı zəbt ediblər. Kim razı deyilsə, onlara nə deyim? Demirəm ki, şəhid olmayıb. Çoxlu şəhid olub, on qat çox olub. Amma bunu insanlar başa düşməlidir. Biz qonşularımızın mifini yaradırıq.

Onlar 30 il üzümüzə deyirdilər ki, siz alverçi millətsiniz, vuruşan millət deyilsiniz. Görün biz sizi necə darmadağın etmişik. Heç kim demir ki, bizim təyyarəmiz tankımız olmayıb. Onlar da Rusiyanın köməyi ilə gəlib torpaqlarımızı alıblar. Əgər bunu qəbul etmək istəmirlərsə, ar olsun”.

Qeyd edək ki, Xalq yazıçısı Çingiz Abdullayev Sumqayıtda oxucuları ilə görüşündə oxucularından “Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməməsini xahiş edib:

“Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”,- deyə yazıçı söyləyib.

DİN sürücülərə müraciət edib
DİN sürücülərə müraciət edib
Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
Azərbaycanda "Avro-5" istehsalına başlanılır
Azərbaycanda
Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO
Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı
Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı
Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO
Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO
Oksana Şəhriyarla evli olduğunu bu səbəbdən gizlədibmiş - VİDEO
Oksana Şəhriyarla evli olduğunu bu səbəbdən gizlədibmiş - VİDEO