kanal1

Bu il 248 uşağa Polad, 65 uşağa Xudayar adı verilib

Tarix:1-11-2021, 16:00
Baxış Sayı:80

Bu il 248 uşağa Polad, 65 uşağa Xudayar adı verilib


Bu il doğumu qeydə alınan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.
2021-ci ilin yanvar-oktyabr aylarında Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edir.

2020-ci ildə və 2021-ci ilin on ayı ərzində hər iki adın uşaqlara verilməsi halı əvvəlki illərlə müqayisədə kəskin artıb. Ölkəmizdə Polad adı 2020-ci il ərzində, Xudayar adı isə Vətən müharibəsi dövründə məşhurlaşıb.

Bu ilin hələ yanvar-oktyabr ayları ərzində yeni doğulan 248 körpəyə Polad adı verilib. Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.

Bununla yanaşı, bu ilin on ayında 65 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində cəmi 3 nəfərə qoyulmuşdusa, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı. 2018-ci ildə isə cəmi bir uşağa Xudayar adı verilmişdi.

Bu ilin birinci yarısında Polad adı 154 körpəyə, Xudayar adı isə 33 körpəyə verilmişdi.

Beləliklə, son aylar ərzində, yəni iyul, avqust, sentyabr və oktyabr aylarında Polad adı daha 94 uşağa, Xudayar adı isə daha 32 uşağa verilib. Bu da o deməkdir ki, ölkədə yeni doğulan oğlan uşaqlarına bu adların verilməsi kəskin artıb.

Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Xudayar adı isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.

Səfirliyə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edilib
Səfirliyə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edilib
Şənbə gününün hava proqnozu açıqlanıb
Şənbə gününün hava proqnozu açıqlanıb
İlham Əliyev: “Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq”
İlham Əliyev: “Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq”
Prezident “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik etdi
Prezident “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik etdi
Prezident: “500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”
Prezident: “500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”
Quran yandıran partiya sədrinin azyaşlılarla intim söhbətləri ifşa oldu – VİDEO
Quran yandıran partiya sədrinin azyaşlılarla intim söhbətləri ifşa oldu – VİDEO
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib - YENİLƏNİR - FOTO/VİDEO
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib - YENİLƏNİR - FOTO/VİDEO
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib