kanal1

TANAP-ın nəqletmə gücü 16 mlrd. kubmetrə çatdırılacaq

Tarix:9-10-2021, 11:36
Baxış Sayı:12

TANAP-ın nəqletmə gücü 16 mlrd. kubmetrə çatdırılacaq


Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə kəmər işə salınandan (2018-ci ilin iyun ayının 30-dan) 2020-ci ilin sonunadək 8,38 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql edilib.

Bu barədə SOCAR-ın illik hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, 2022-ci ildə boru kəmərinin ümumi illik nəqletmə gücünün 16 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulub.

"TANAP layihəsinin iqtisadi mənfəəti ilə yanaşı, eyni zamanda sosial siyasət, ətraf mühit və digər amilləri də nəzərə alınır. Əsas nəzərə alınan amillər, layihənin inşası və istismarı zamanı baş verə biləcək mənfi təsirlərin qarşısını almaq, mümkün olduqda onu minimuma endirmək və İctimaiyyətlə Əlaqələrin İdarə edilməsi Sistemini tətbiq etməklə məşğulluq kimi müsbət təsirləri artırmaq məqsədi daşıyır", - hesabatda vurğulanır.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb.

Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub.

2019-cu ilin noyabrında TANAP-ın ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan hissəsinin (Faza-1) təntənəli istismara verilməsi mərasimi keçirilib.

TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə isə ötən il dekabrın 31-də başlanılıb.

Vətən Müharibəsinin 32-ci günü nələr baş verdi? - XRONİKA
Vətən Müharibəsinin 32-ci günü nələr baş verdi? - XRONİKA
“Kapital Bank” adından vətəndaşlar belə aldadılır – Yeni üsul (VİDEO)
“Kapital Bank” adından vətəndaşlar belə aldadılır – Yeni üsul (VİDEO)
Yağış, qar, külək - SABAHIN HAVASI
Yağış, qar, külək - SABAHIN HAVASI
Çavuşoğlu sərt danışdı: “Bu nazir gündə azı beş dəfə uşaq kimi ağlayır”
Çavuşoğlu sərt danışdı: “Bu nazir gündə azı beş dəfə uşaq kimi ağlayır”
İlham Əliyev: "Qardaş Türkiyənin dəstəyini xalqımız heç zaman unutmayacaq"
İlham Əliyev:
İlham Əliyev Ərdoğana məktub göndərib
İlham Əliyev Ərdoğana məktub göndərib
İşğaldan azad olunan 3 rayona vəsait ayrılmadı - AÇIQLAMA
İşğaldan azad olunan 3 rayona vəsait ayrılmadı - AÇIQLAMA
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR