kanal1

Fuad Hacıyev: Təhsil inkişafın ön cəbhəsidir

Tarix:6-10-2021, 10:55
Baxış Sayı:1065

Fuad Hacıyev: Təhsil inkişafın ön cəbhəsidir













Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - “Əziz müəllimlər, Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm!

Ən böyük missiyası şəxsiyyət yetişdirmək olan müəllim peşəsindən cəmiyyətin hər zaman üstün gözləntisi olub. Təhsilin keyfiyyəti müəllimin səviyyəsinə bağlıdır.

XXI əsrin tələbləri baxımından Azərbaycan vətəndaşı peşəkar keyfiyyətlərə malik müəllim amilindən bilavasitə asılıdır. Ona görə də müəllim hazırlığı və peşəkar inkişafı, işə qəbul prosesində qarşıya qoyduğumuz əsas məqsəd şəffaflığın qorunmasını və keyfiyyəti təmin etməkdir.

Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda haqqında xəyali danışdığımız gələcək gözlədiyimizdən daha tez baş verir. Bu prosesə hazırlıq təhsildən başlayır və ailə ilə bərabər, müəllimlərin timsalında gerçəkləşir. Dövrün çağırışı budur ki, biz təhsilalanı gələcəyə hansı səviyyədə hazırlaya bilirik?

Müdrik kəlamda deyildiyi kimi, “Hər şey yoldan başlayır...”. Bu yolla hara gedirsən və məqsədin nədir? Müəllim bizə bu yolun başlanğıcını və məramını göstərən şəxsdir. Gələcəyin insanı bu məramla yetişir.

Əziz müəllimlər! Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!”

ADBTİA-NIN YENİ TƏDRİS KORPUSU İSTİFADƏYƏ VERİLİB

Sizin bizim məzun, hazırkı və ya gələcək tələbə, bəlkə də bizim sıralara qoşulmaq istəyən və ya artıq bizimlə çalışan müəllim, ya da təsadüfi oxucu olmağınızdan asılı olmayaraq, Sizi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının səhifəsində salamlamağa çox şadam. 1930-cu ildə yaranan, böyük və şərəfli tarixə sahib olan Akademiya son illərdə ikinci baharını yaşayır və burada yeni tarix yazılır. Bu tarixi bizimlə yazmağa Sizi də dəvət edirik.
Azərbaycan dövlət təhsil siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, təhsil müəssisələri qarşısında yeni hədəf və çağırışlar qoyur.

Qoyulan hədəflərə çatmaq üçün bu gün Akademiyada bir sıra islahatlar aparılır, gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədi ilə müasir şərait yaradılır. Bu işlər ona görə görülür ki, biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Biz Akademiya məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olmasını arzu edirik. Bu, bizim məqsədimizdir və biz inanırıq ki, yaxın zamanda bu məqsədə çata biləcəyik.

Hamımız bilirik ki, məhz idman insanda “mübarizədə imkanların bərabərliyi”, “uğurun bərabər mübarizədə qazanılması”, “birinci olmağa can atmaq”, “yalnız rəqibə deyil, öz-özünə də qalib gəlmək” kimi dəyər və bacarıqları formalaşdırır. Ən əsası isə idman Vətəni sevmək, onu təmsil etmək və onun müdafiəsinə hər an hazır olmağı oyrədir.

Akademiyada bu dəyərlərə böyük önəm verilir. Siz də bizimlə eyni dəyərləri bölüşməyə hazırsınızsa, Sizin yolunuzu gözləyirik!

Sentyabrın 28-də yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni, 3 mərtəbəli korpusu istifadəyə verilib.
Gənclər və idman naziri Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub. Əvvəlcə, Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü qarşısına gül qoyulub.

Məlum olduğu kimi, ADBTİA-nın tələbə və məzunları İkinci Qarabağ müharibəsində misilsiz rəşadət göstəriblər. Akademiyanın 75 tələbə və magistrantı Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda silaha sarılıb. Onlardan bir çoxu qazi olub, ali təhsil ocağının 13 məzunu isə şəhidlik zirvəsinə yüksəlib.

44 günlük Vətən müharibəsi zamanı ordumuza dəstək nümayiş etdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası müharibədən sonrakı dövrdə də vətənpərvərlik missiyasını davam etdirir. Belə ki, Akademiya ölkədə yeni bir ideya ilə çıxış edərək, şəhid olmuş məzunların əziz xatirəsini əbədiləşdirmək və ehtiram əlaməti olaraq, onların hər birinin adını yeni korpusdakı auditoriyalara verib. Hər bir şəhid məzunun adını daşıyan auditoriyanın qapısına həmin şəhidin adı, soyadı yazılan lövhə vurulub. Həmçinin, Akademiyanın şəhid məzunların adlarına xüsusi təqaüdlər də təsis edilib.

Rektor Fuad Hacıyev yeni korpusda yaradılan şəraitlə bağlı məlumat verib. Tələbələrin istifadəsinə verilən və ümümi sahəsi 1080 m2 olan tədris korpusu müasir standartlara uyğun inşa edilib. Auditoriyalar yeni elektron avadanlıqlarla, proyektorlar, eləcə də noutbuklarla təchiz edilib.
Burada doktorantura və SABAH qruplarının tədrisi üçün hər bir şərait yardılıb. Nazir Fərid Qayıbova SABAH qruplarının və doktoranturanın tədrisi barədə məlumat verilib.

Fərid Qayıbov Akademiyanın Elmi-Tədris Laboratoriyasınn da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb.

Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib. Tədbirdə qonaqlara ali təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda nazir Fərid Qayıbov Akademiyanın kollektivi ilə xatirə çəkdirib.

Prezident Soçi görüşündən danışdı
Prezident Soçi görüşündən danışdı
Vəli Ələsgərov həbsdə vəfat etdi
Vəli Ələsgərov həbsdə vəfat etdi
Saakaşvili məhkəməyə gətirildi - Fotolar + Yenilənir
Saakaşvili məhkəməyə gətirildi - Fotolar + Yenilənir
DİN sürücülərə müraciət edib
DİN sürücülərə müraciət edib
Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
Azərbaycanda "Avro-5" istehsalına başlanılır
Azərbaycanda
Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO