kanal1

“Əliəhməd şirniyyat evi”nin istehsalı olan məhsuldan ölmüş böcək tapıldı – FOTO/ FAKT

Tarix:12-08-2021, 14:14
Baxış Sayı:4707

“Əliəhməd şirniyyat evi”nin istehsalı olan məhsuldan ölmüş böcək tapıldı – FOTO/ FAKT







































Şəki şəhəri, Mirzə Fətəli Axundov prospekti-122, mən-279A ünvanında fəaliyyət göstərən “Əliəhməd şirniyyat evi” haqqında lazımi məlumatları əldə etdikdə bəlli olur ki, XX əsrin 50-ci illərində Əliəhməd Əliəkbər oğlu Qafarov adlı şəxs “Şəki halvası” istehsal edən şirniyyat evi yaradır. İlk əvvəl kiçik olan bu müəssisədə Əliəhməd kişi və onun ailə üzvləri çalışırlar. Elə ki, illər keçir və adı çəkilən şəxsin övladları böyüyüb boya-başa çatırlar, çox keçmir ki, onlar atalarına köməklik göstərməyə başlayırlar. 2004-cü ildə Əliəhməd kişi dünyasını dəyişir, o halda onun övladları atalarının şirniyyatla bağlı peşəsini davam etdirirlər. Bəli, bu gün də qeyd olunan ünvanda “Əliəhməd şirniyyat evi” fəaliyyət göstərməkdədir. Faktdır ki, zəngin kuxna mədəniyyəti ilə ad-san çıxaran bu müəssisədə şəki halvası, qırmabadam, peşvəng, tel halva, toy noğulu, barama şirni, düymə şirni, bamiyə, qoz və fındıq ləpəsindən hazırlanmış mindallar və s. kimi şirniyyat növləri istehsal olunur ki, bu da bölgənin adının daha da məşhur olmasına səbəb olur. Bundan əlavə, bir sıra turizm şirkətlərinin təşkil etdikləri turlar çərçivəsində “Əliəhməd şirniyyat evi”nə ekskursiyalar təşkil olunur və digər addımlar da atılır. Belə bir halların varlığı adı çəkilən bu şirniyyat evinin adı ətrafında aparılan təbliğati işlərin daha da artması ilə nəticələnir.

Son vaxtlar isə, “Əliəhməd şirniyyat evi”nin adı ətrafında çoxsaylı şübhələr baş qaldırır ki, bu da qeyd olunan müəssisədə istehsal olunan müxtəlif çeşidli məhsulların keyfiyyətinin az olması, həmçinin istehsal olunan məhsulların üzərində ölmüş böcək meytinin tapılması və s. ilə bağlı olur. Redaksiyamıza Astv İnformasiya Agentliyindən daxil olan məlumata əsasən bir neçə gün bundan öncə “Əliəhməd şirniyyat evi”nin istehsalı olan məhsulu alarkən, həmin məhsulun üzərində ölmüş böcək meyti olur. Bu da onu söyləməyə əsas verir ki, məhsulların istehsalı zamanı bu müəssisədə lazımi qaydalara əməl olunmur. Elə ki, qeyd olunan problemin varlığı ilə bağlı “Əliəhməd şirniyyat evi”nə məxsus 055-842-42-42 mobil nömrəyə zəng etdik və qarşı tərəf olaraq problemlə bağlı münasibət bildirmələrini xahiş etdik. O halda çox keçmədi ki, Toğrul adlı şəxs zəng edib özünü bizə həmin müəssisənin rəhbəri olaraq təqdim etdi. Yəni, telefon danışığımız zamanı “Əliəhməd şirniyyat evi”nin istehsalı olan məhsulun üstündən ölmüş böcək meytinin tapıldığını və belə bir olayı media qurumlarında ictimailəşdiriləcəyimizi bildirdikdə, Toğrul adlı şəxs “Problemi ictimailəşdirəcəyiniz təqdirdə mən sizi “banditizm”ə verəcəyəm” deməyi də unutmadı. O halda sual oluna bilər ki, qarşı tərəfin belə bir addımını atmaq niyyətinə düşməsinin kökündə nələr durur? Axı, bu cür problemin aradan qaldırılmasında “banditizm”i belə bir işlərə bağlamağa nə lüzum var? Unutmaq olmaz ki, adı çəkilən bu dövlət qurumu DİN-nin əsas sütunlarından biridir və fəaliyyəti də geniş ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Odur ki, Toğrul adlı şəxsə həm məsləhət görərdik, həm də tövsiyyə edərdik ki, bizi “banditizm”lə hədələməkdənsə, yaxşı olar ki, adı çəkilən müəssisədəki problemləri aradan qaldırsınlar?

Tərəfimizdən apardığımız araşdırmalar zamanı müəyyən məlumatlar da əldə edə bildik ki, Toğrul adlı şəxs Şəki RİH Aparatında vəzifə sahibi olan şəxsdir. Baxmayaraq ki, sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 2-ci bəndində qeyd olunub: Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır. Düşündürücü hal odur ki, Qanun icra qurumlarında vəzifə sahibi olan hər kəsə, o cümlədən Toğrul adlı şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan etsə də, hələ ki, o, Qanunun belə bir tələbini “priznovat” etmir.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.


“Əliəhməd şirniyyat evi”nin istehsalı olan məhsuldan ölmüş böcək tapıldı – FOTO/ FAKT
“Əliəhməd şirniyyat evi”nin istehsalı olan məhsuldan ölmüş böcək tapıldı – FOTO/ FAKT

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Sərhədləri aşan MOLLA ƏXLAQSIZLIĞI... - NƏ ETMƏLİ?
Sərhədləri aşan MOLLA ƏXLAQSIZLIĞI... - NƏ ETMƏLİ?
Xankəndi məsələsi aydınlaşır: “Pasportumuzu almağa hazırdılar” - NƏ BAŞ VERİR?
Xankəndi məsələsi aydınlaşır: “Pasportumuzu almağa hazırdılar” - NƏ BAŞ VERİR?
İran Ermənistanla niyə "qardaş" olub? - Gürcüstan variantı daha zəif oldu deyə...
İran Ermənistanla niyə
Paşinyan Putindən QIRILA BİLƏCƏKMİ... - Görünəni odur ki...
Paşinyan Putindən QIRILA BİLƏCƏKMİ... - Görünəni odur ki...
İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Baş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi
Baş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi
"Bilmədim, bir də olmaz..." - Taksi sürücüləri saxlanıldı