kanal1

Prorektor İlham Pirməmmədovun milyonluq obyektlər, villaları, məşhur resoranı, bahalı avtomobilləri – SİYAHI

Tarix:3-07-2021, 12:43
Baxış Sayı:1897

Prorektor İlham Pirməmmədovun milyonluq obyektlər, villaları, məşhur resoranı, bahalı avtomobilləri – SİYAHI


Hansı məmuru dindirirsən ilk sözü bu olur:
Ulu Öndər Heydər Əliyevin siyasi yoluna sadiqik.
Axı, Ulu Öndər yaşıllıqlar, ağaclar haqqında iki məşhur fikir bildirib:
1. Bir ağacın budağını kəsəndə elə bil qolumu kəsirlər.
2. Sumqayıtda məşhur müşavirədə dedi ki, bu ağacları kəsənlər elə bil mənim balamın başını kəsirlər.
Cənablar, meşələri zəbt edirsiniz, ağacları qırıb yerində restoranlar tikirsiniz, yaşıllıqları, parkları zəbt edib özünüzə iaşə obyektləri inşa edirsiniz, dənizi hasarlayırsınız və s.
Sizlər Ulu Öndərin kursuna belə sadiqsinizmi?
Hətta iş o yerə gəlib çatıb ki, Bakının rayonlarında yüksək gərginlikli, neçə min voltluq elektrik xətlərinin altında da restoranlar, çay evləri, kafelər salırsınız.
Başa düşürsünüzmü bu nə deməkdir?
Müdrik insanlar yüksəkgərginlikli elektrik naqillərinin altında yaşıllıq salıblar ki, gərginliyi zərərsizləşdirsinlər. Sizlər bunu başa düşürsünüzmü?
Sizlər isə icra başçılarına rüşvət verib həmən xətlərin altında obyekt tikməyə icazə alırsınız. Bunu heç cürə anlamaq olmur.
Digər tərəfdən, axı parklar insanların, uşaqların istirahər yeridir. Sizlər uşaqların da istirahət yerlərini zəbt edirsiniz.
Həm də axı, məmur hara restoran, bar hara?
Belə keçmiş məmurlardan biri də Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovdur. Cənab Pirməmmədov hazırda Texniki universitetdə prorektor vəzifəsində çalışır.
Amma onun vaxtının çoxu “Xarı bülbül” restoranında keçir. Niyə məhz “Xarı bülbül”də?
Çünki “Xarı bülbül” restoranı cənab prorektor İlham Pirməmmədova məxsusdur.
Birincisi, adi Aparat rəhbəri olan və dövlətdən konkret maaş alan İlham müəllimdə bu qədər pul haradandır ki, təmtəraqlı restoran tikdirib və hazırda işlədir.
Axı, ATU-nun prorektoru olan, gənc nəsilin təlim-tərbiyəsi ilə məşğul olan adamda vaxt haradandır ki, şəxsi biznesi ilə məşğul olsun.
Axı, atalar demişkən, bir əldə iki qarpız tutmaq olmaz, cənablar.
Görəsən, Pirməmmədov bilmir ki, həmən restoran tikilən zaman nə qədər ağac qırılıb, yaşıllıq məhv edilib.
Budur, sizlərin sədaqətiniz, ehtiramınız?
Sizlər üçün şəxsi maraq var, cib anlayışı var, sədaqət, ehtiram yoxdur.
Həm də unutmayın ki, təbiət ona zülm edənlərdən gec-tez qısasını alır və bumeranq kimi özünüzə qayıdır.
Və Xarı bülbül Qarabağımızın simvolu-rəmzidir. Rəmzimizi öz pinti əməllərinizə bulaşdırmayın.
Növbəti yazımızda İlham Pirməmmədovun Azərbaycan Texniki universitetdə fəaliyyəti barədə geniş bəhs edəcəyik.(Gundelik-baku.com)

Kamaləddin Qafarov: “Sammit Xəzəryanı dövlətlərin müştərək fəaliyyətinə yeni impuls verdi”
Kamaləddin Qafarov: “Sammit Xəzəryanı dövlətlərin müştərək fəaliyyətinə yeni impuls verdi”
Azərbaycan Ordusunun gücünün beynəlxalq etirafı
Azərbaycan Ordusunun gücünün beynəlxalq etirafı
Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
Lavrov Şəhidlər xiyabanını ziyarət edib
Lavrov Şəhidlər xiyabanını ziyarət edib
Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO
Azərbaycanın amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb - VİDEO