kanal1

İlham Çıraqov Çıraqlı kənd tam orta məktəbinin “çırağını söndürür”- RƏZALƏT

Tarix:3-07-2021, 11:54
Baxış Sayı:1986

İlham Çıraqov  Çıraqlı kənd tam orta məktəbinin “çırağını söndürür”- RƏZALƏT






















Məlumdur ki, 03 oktyabr 2017-ci il tarixdə ABŞ-ın maliyyə yardımı ilə Abşeron rayonunun Masazır qəsəbəsində Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlər üçün inşa olunan yeni məktəb binasının açılışı həyata keçirilir. Açılış tədbirində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıqov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və digər rəsmilərlə bərabər, rayon ictimaiyyətinin nümayəndələri də iştirak edirlər. Tədbiri giriş sözü ilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı açır və yeni təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə, məktəbin pedaqoji kollektivini və şagirdləri təbrik edir, həmçinin 11 sinifdən ibarət 350 şagird yerlik yeni məktəbin inşasında göstərdiyi köməyə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinə laçınlılar adından minnətdarlığını da bildirir.

Məsələnin düşündürücü tərəfi odur ki, ABŞ-ın maliyyə yardımı ilə inşa olunan bu təhsil ocağına rəhbərlik edən İlham Çıraqov, hazırda Çıraqlı kənd tam orta məktəbinin “çırağını söndürmək”lə məşğul olur. Yəni, bu şəxs Çıraqov soyadını daşısa da, o, hal-hazırda Çıraqlı kənd tam orta məktətəbini “ailə ansamblı”na çevirib. Redaksiyamıza çatdırılan məlumatlara görə İlham Çıraqov, qohum-əqrəbasından olan şəxslərin bir neçəsini bu məktəbdə işlə təmin edib. O halda sual oluna bilər ki, nədən bu şəxs belə bir addımını atır və bir kimsə də ona “qaşın üstə qara var” demir. Axı, Çıraqlı kənd sakinlərindən çoxlu sayda işsiz olan şəxslər var və bu gün onların da işlə təmin olunmalarına ehtiyac duyulur. Səbəb nədir ki, dünyanın aparıcı dövlətinin maliyyə dəstəyi hesabına inşa olunan bu məktəbi İlham Çıraqov belə bir duruma salıb? Hətta, redaksiyamıza daxil olan məlumatlarda o da vurğulanır ki, direktor İlham Çıraqovun həyata keçirdiyi bu cür kadr siyasətindən əlavə, məktəbdə dərslərin tədris olunmasının göstəricisi də kafi səviyyədədir. Digər tərəfdən, qohum-əqrəbasından öz ətrafına “çəpər çəkən” direktor, məktəbdə “mini rüşvət” kompaniyasının çiçəklənməsinə şərait də yaradır. Deməli, belə bir addımların atılmasında Çıraqlı kənd tam orta məktəbinə rəhbərlik edən İlham Çıraqovun xüsusi planı var ki, bu da son anda onun maddi maraqlarının təmin olunması ilə nəticələnir.

Mövzuya qayıdacağıq.

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Sərhədləri aşan MOLLA ƏXLAQSIZLIĞI... - NƏ ETMƏLİ?
Sərhədləri aşan MOLLA ƏXLAQSIZLIĞI... - NƏ ETMƏLİ?
Xankəndi məsələsi aydınlaşır: “Pasportumuzu almağa hazırdılar” - NƏ BAŞ VERİR?
Xankəndi məsələsi aydınlaşır: “Pasportumuzu almağa hazırdılar” - NƏ BAŞ VERİR?
İran Ermənistanla niyə "qardaş" olub? - Gürcüstan variantı daha zəif oldu deyə...
İran Ermənistanla niyə
Paşinyan Putindən QIRILA BİLƏCƏKMİ... - Görünəni odur ki...
Paşinyan Putindən QIRILA BİLƏCƏKMİ... - Görünəni odur ki...
İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Baş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi
Baş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi
"Bilmədim, bir də olmaz..." - Taksi sürücüləri saxlanıldı