kanal1

Paytaxt Bakıda şəhid adına hörmətsizlik edən hansı vəzifə sahibidir?

Tarix:27-05-2021, 02:35
Baxış Sayı:2215

Paytaxt Bakıda şəhid adına hörmətsizlik edən hansı vəzifə sahibidir?








Vətən müqəddəsdir, hər kəs üçün əzizdir və onu göz bəbəyi kimi qorumaq, hər bir bir vətən övladı üçün müqəddəs borc olmalıdır. Bu müqəddəs borcu isə, uca Şəhidlik zirvəsinə yüksəlməklə qaytarmaq mümkün olur. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik- verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır və bu gün hər kəs bu borcun nə demək olduğunu yaxşı dərk edir. “Bu Vətən bizimdir!” deyib canından keçən igid, mərd, qeyrətli oğul və qızlarımız dünən olub, bu gün var və sabah da olacaq. Adlarını tariximizə yazdıran belə Vətən övladlarını yaxından tanımaq, onların əziz xatirəsini daim uca tutmaq, hər birimizin müqəddəs borcumuzdur. Bir sözlə, Şəhidlərimizin qürurlu adları hər an qəlbimizdə olmalı, ürəklərimizdə yaşamalıdır. Çünki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman oğul və qızlarımızın əziz xatirəsinin daim uca tutulması, hər kəsdə vətənpərvərlik hisslərinin artmasına olduqca müsbət təsir göstərir. Bu belə olduğu halda görəsən hər kəs şəhid adına, onun ucalığına qarşı hansı yanaşmanı ortaya qoyur? Bu yöndə Bakı şəhəri, Nizami rayonu ərazisində vəzifə sahibi olan bəzi şəxslər arasında müəyyən araşdırmalar apararkən, o halda ortaya fərqli yanaşmalar da çıxır. Məsələn, bir-iki gün bundan öncə Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayevə bu mövzu haqda sual verib cavab əldə etdikdə, sanki şoka deyil, “şökə düşdük”. Çünki, bu şəxs Xezerpress.Az saytı əməkdaşının ünvanladığı suala “Bilirsiniz, bu gün döyüş bölgələrindən Nizami rayonuna da şəhid gətirilir. Həmin şəhidlərin dəfn xərclərini və digər xərcləri ödəməyi RİH-i başçısının 1-ci müavini Qərib Məmmədov daim bizə tapşırır. Belə bir halın varlığı da, sanki bizim idarənin yüklənməsi deməkdir. Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayevin, Xezerpress.Az saytı əməkdaşına belə bir cavab verməsi, bizi qarşı tərəfin mövqeyini də dinləməyə məcbur etdi. Yəni, bu məsələ ilə bağlı Qərib Məmmədova ünvanladığımız suala cavabında o, “Biz heç zaman belə bir tapşırıq verməmişik. Ölkəmizin indiki həssas vaxtlarnda hər kəsin şəhid mərasilərinin yola verilməsinə köməklik göstərməsi vətəndaşın şəxsi işidir” dedi. Belə bir cavabı dinlədikcə Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayevin şəhid adına, onun ucalığına qarşı ortaya qoyduğu yanaşma aydın oldu. Məsələnin təəccüb doğuran tərəfi o oldu ki, Nizami rayonu ərazisində aparıcı bir sahəyə rəhbərlik edən bu şəxs redaksiya əməkdaşına zəng edib “Siz mənim bildirdiklərimi Qərib Məmmədova niyə demisiniz? Axı, mən sizinlə zarafat edirdim” dedikdə, sanki bu şəxsin şəhid adına, şəhid ruhuna etdiyi hörmətsizlik hər kəsə güntəki aydın oldu.

Mövzuya qayıdacağıq.

Xezerpress.Az

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Sərhədləri aşan MOLLA ƏXLAQSIZLIĞI... - NƏ ETMƏLİ?
Sərhədləri aşan MOLLA ƏXLAQSIZLIĞI... - NƏ ETMƏLİ?
Xankəndi məsələsi aydınlaşır: “Pasportumuzu almağa hazırdılar” - NƏ BAŞ VERİR?
Xankəndi məsələsi aydınlaşır: “Pasportumuzu almağa hazırdılar” - NƏ BAŞ VERİR?
İran Ermənistanla niyə "qardaş" olub? - Gürcüstan variantı daha zəif oldu deyə...
İran Ermənistanla niyə
Paşinyan Putindən QIRILA BİLƏCƏKMİ... - Görünəni odur ki...
Paşinyan Putindən QIRILA BİLƏCƏKMİ... - Görünəni odur ki...
İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Baş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi
Baş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi
"Bilmədim, bir də olmaz..." - Taksi sürücüləri saxlanıldı