kanal1

Bərdədə sıravi yol polisi restoran açıb

Tarix:3-04-2021, 11:01
Baxış Sayı:406

Bərdədə sıravi yol polisi restoran açıb















Ölkədə insanları daim təşvişdə saxlayan yol nəqliyyat hadisələrinin sürətlə artmasının əsas səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin rüşvətə qurşanmasıdır. İdarənin rəhbərliyi sürücülük kursları ilə əlbir olub sürücülük təhsili və təcrübəsi olmayan şəxslərə 1000-1200 manat rüşvətlə sürücülük vəsiqələrini satırlar. Həmin şəxslər isə yol hərəkət qaydalarına riayət etmədən avtomobillərlə facəli sonluqla nəticələnən hadisələr törədirlər. Baş Dövlət Yol Polisi İdarəsindəki rüşvət və korrupsiya halları barədə bütün ölkənin məlumatı vardır. Vətəndaşların çoxsaylı şikayət və müraciətlərini araşdıran yoxdur. İmtahanlar zamanı sürücülük təcrübəsi olan insanlara rüşvətə görə süni maneələr yaradılır. Onların imtahanlardan keçərək sürücülük vəsiqələri almaları müşkülə çevrilir. Bu ölkənin rəhbərliyi nə üçün insanların yol nəqiliyyat hadisələrində davamlı olaraq həlak olmalarına, ailələrin başsız qalmalarına laqeyid münasibət göstərir? Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov idarə etdiyi bazardan yığılan çirkli pulları kimlərə verir? Hakimiyyət xalqa qarşı elan olunmamış müharibə aparan Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi barədə niyə tədbir görmür?

Azerinfo.az bildirir ki, Yol Polisində olan korrupsiyanın səviyyəsini burada xidmət keçən zabitlərin dəbdəbəli villalarını, maşınlarını ,əmlaklarını sadalamaqla görmək olar.

Baş İdarədəki vəzifəliləri qoyaq kənara, əyalətlərdə postda dayanan yol polisləri belə xidmətin sonunda iş adamına çevrilir.

Məsələn uzun illər Bərdə postunda xidmət keçən Mayıl adlı polis rayonun Əliyanlı kəndində “Venera” adlı restoran açıb. Rəsmiləşdirib oğlunun adına. Özü təqaüdə çıxsa da yolunu davam etdirən var. Elə həmən oğlu Orxan Bərdə postunda xidmət keçir.

Bu haqda yerli Polis Şöbəsi də bilir. Amma göz yumur.

Görəsən adi maaşla sıravi yol polisi olan şəxs necə restoran sahibi ola bilir?

P.S. Məlumatda bildirilir ki, bu restoranda pandemiya dövründə belə toylara ara verilməyib, hər gün bu restoranda günorta saat 12 də və axşam saat 6 da toylar təşkil olunur. Bu məsələ ilə bağlı rayon polis idarəsinə bildirilib, amma tədbir görən olmayıb. Restoranın sahibi ilə əlaqə saxladıq, Bizə bildirdi ki, nə bilirsiniz edin!

Mövzuya qayıdacağıq.Qeyd edək ki,bu restoranda pandemiya dövründə belə toylara ara verilməyib.Yerli polis isə buna göz

Azərbaycanda "Avro-5" istehsalına başlanılır
Azərbaycanda
Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
Deputat Türkiyədə ağır əməliyyat keçirdi - ÖZƏL
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi - FOTO
Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı
Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı
Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO
Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO
Oksana Şəhriyarla evli olduğunu bu səbəbdən gizlədibmiş - VİDEO
Oksana Şəhriyarla evli olduğunu bu səbəbdən gizlədibmiş - VİDEO
Azərbaycanda daha bir polis faciəvi şəkildə ölüb - FOTOLAR
Azərbaycanda daha bir polis faciəvi şəkildə ölüb - FOTOLAR
Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq
Bu gün