kanal1

İranda koronavirusdan ölənlərin sayı 5 806 nəfərə çatdı

Tarix:27-04-2020, 17:02
Baxış Sayı:62

atvaktual.azİranda koronavirusdan ölənlərin sayı 5 806 nəfərə çatdı

İranda koronavirusdan ölənlərin sayı 5 806 nəfərə çatdıİranda daha 96 nəfər koronavirusun qurbanı olub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 5 806 nəfər olduğunu deyib.

O bildirib ki, daha 991 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 91 472 nəfərə çatıb.

K.Cahanpur 70 933 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib.

O, həmçinin 3 011 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Qeyd edək ki, ölkənin parlament sədri Əli Laricani, birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi,İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam və İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi koronavirusdan ölüb.

Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 004 000-i ötüb. Bunların 882 954 nəfəri sağalıb, 207 257 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Büdcəni şirin-şirin yeyən Əliheybət Şirinov... - İTTİHAM
Büdcəni şirin-şirin yeyən Əliheybət Şirinov... - İTTİHAM
Azərbaycan Bayrağı Ordenli Qarabağ döyüşçüsünün Prezidentə müraciəti
Azərbaycan Bayrağı Ordenli Qarabağ döyüşçüsünün Prezidentə müraciəti
Kamaləddin Qafarov: “Sammit Xəzəryanı dövlətlərin müştərək fəaliyyətinə yeni impuls verdi”
Kamaləddin Qafarov: “Sammit Xəzəryanı dövlətlərin müştərək fəaliyyətinə yeni impuls verdi”
Azərbaycan Ordusunun gücünün beynəlxalq etirafı
Azərbaycan Ordusunun gücünün beynəlxalq etirafı
Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
Gəncə DYPŞ rəisinin bu günki idarəçiliyi əksəriyyətə örnək ola bilər
Lavrov Şəhidlər xiyabanını ziyarət edib
Lavrov Şəhidlər xiyabanını ziyarət edib
Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
Türkdilli Ölkələrin Parlament Assambleyasının adı dəyişdirilib
Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək
Azərbaycan və Ermənistan Baş prokuroru görüşəcək